Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.
Baş prokuror Zakir Qaralov və prokurorluq əməkdaşları daha sonra Şəhidlər Xiyabanına gəlib, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğurunda canlarından keçən qəhramanları yad ediblər, "Əbədi Məşəl" abidəsinin öünüə əklil qoyublar.
Xatırladaq ki, bu gün prokurorluq əməkdaşlarının kollegiya iclası keçiriləcək və iclasda bir sıra məsələlərə baxılacaq.
Qeyd edək ki, ümummilli lider Heydər Əliyevin 17 iyul 1998-ci il tarixli sərəncamına əsasən, hər il bu tarix prokurorluq işçilərinin peşə bayramı kimi qeyd edilir.