Bakı. 2 oktyabr. REPORT.AZ/ Gənc Tamaşaçılar Teatrının baş rejissoru, Azərbaycan və Kalmıkiya Respublikalarının əməkdar incəsənət xadimi Bəhram Osmanov yeni uşaq tamaşa hazırlayır.
Bəhram Osmanov "Report"a bildirib ki, "Biri var idi, biri yox idi" adlı tamaşanın son məşqləri gedir.
Yeni səhnə əsəri balaca tamaşaçılar üçün nəzərdə tutulub. Əsərin müəllifi Əjdər Ol, rəssamı Elşən Sərxanoğlu, bəstəkarı Məryəm Əlibəylidir. Rolları Vahid Orucoğlu, Ramil Məmmədov, İradə Rəşidova, Səbinə Məmmədova, Zümrüd Quliyeva və başqaları ifa edir.
Rejisorun sözlərinə görə, tamaşanı yaxın günlərdə təhvil verəcəklər: "Tamaşa uşaqlara hədiyyəmdir".