Bakı, 3 oktyabr, Elvin Camalov, AZƏRTAC
Fransanın milli aviaşirkəti olan “Air France” 2016-2017 illərdə maliyyə böhranı ilə əlaqədar 2 min 900 nəfərə yaxın işçisini şirkətdən kənarlaşdıracağını bildirib.
AZƏRTAC “dunya.com” saytına istinadla xəbər verir ki, “Air France” şirkətinin rəhbərliyi verdiyi açıqlamada maliyyə böhranı ilə əlaqədar rəqabət səviyyəsinin aşağı düşdüyünü söyləyib və işçilərin azaldılması məsələsinə toxunub.
2016-2017-ci illər arasında vəzifədən azad ediləcək işçilərdən 300 nəfəri pilotdur.