Sabir Rüstəmxanlı türk dövlətlərini baş verənlərə istənilən səviyyədə reaksiya verməməkdə ittiham edib

Bu gün Beynəlxalq Diaspora Mərkəzinin (BDM) təşəbbüsü ilə azərbaycanlıların Ermənistandan deportasiya olunmasının 20 illiyi ilə bağlı elmi-praktik konfrans keçirilib. Lent.az-ın məlumatına görə, təşkilatın sədri İsmayıl Ağayev təkcə XX əsrdə Qərbi Azərbaycanlıların tarixi-etnik torpaqlarından 4 dəfə deportasiya olunduqlarını xatırladıb.

Konfransda 1988-ci ildə baş verən deportasiya faktını özündə əks etdirən sənədli film nümayiş etdirilib, müzakirələr keçirilib. Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədri, millət vəkili Sabir Rüstəmxanlı türk dövlətlərini baş verənlərə istənilən səviyyədə reaksiya verməməkdə ittiham edib.

Tədbirdə çıxış edən Prezident Aparatının ictimai siyasi şöbəsinin sektor müdiri Qafar Əliyev, Milli Məclisin deputatları Gülər Əhmədova, Musa Quliyev, Milli QHT Forumun rəhbəri Rauf Zeyni ermənilərin işğalçılıq siyasətindən danışdılar.

Tədbir Prezident İlham Əliyev, Milli Məclisinin sədri Oqtay Əsədov və dünya ictimaiyyətinə müraciətin qəbul olunması ilə yekunlaşıb.

Pərvin ABBASOV