Azərbaycanın futbol üzrə milli komandasının heyətində dəyişiklik edilib
Paylaş
58 baxış·1 dəq oxu
Bakı. 3 oktyabr. REPORT.AZ/ Azərbaycan milli komandasının AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində İtaliya və Bolqarıstan yığmaları ilə keçirəcəyi oyunlar üçün açıqlanmış heyətində dəyişiklik baş verib. "Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, "Qarabağ" klubunun futbolçusu Cavid Tağıyev zədələndiyi üçün millinin heyətindən çıxarılıb. Əvəzində, Ağdam komandasından Elvin Məmmədov və "Qəbələ"dən Maqomed Mirzabekova dəvət göndərilib. Qeyd edək ki, Azərbaycan millisi İtaliya ilə oktyabrın 10-da Bakıda, Bolqarıstana qarşı isə oktyabrın 13-də Sofiyada oynayacaq.