Almaniya Bundesliqasındakı çıxışı ilə tanınan Levan Kobiaşvili Gürcüstan Futbol Federasiyasının prezidenti seçilib. Goal.az Federasiyanın saytına istinadən xəbər verir ki, eks futbolçu 33 mümkün səsdən 18-ni toplayıb. Onun rəqibi və qurumun baş katibi Revaz Arveladze isə 15 səs qazanıb. Mamuka Kvaretsexliya isə səs toplamayıb. Sentyabrın əvvəlində Zviad Siçinavanın istefasından sonra bu post boş idi.

Qeyd edək ki, Gürcüstan millisində 100 oyun keçirmiş Kobiaşvili "Dinamo Tbilisi"nin heyətində ölkə çempionu, "Şalke"nin heyətində isə 2 dəfə Almaniya ikincisi olub.

Milli.Az