Bakı, 6 oktyabr, AZƏRTAC
Rusiya Federasiyası Müdafiə Nazirliyi Türkiyə hava məkanının pozulması ilə bağlı insidentə aydınlıq gətirib.
AZƏRTAC-ın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, hadisəyə qeyri-sabit hava şəraiti səbəb olub.
“Belə halların təkrarlanmamacı üçün bütün zəruri tədbirlər görülüb”, məlumatda bildirilir.
Qeyd edək ki, NATO və ABŞ-ın dövlət katibi Con Kerri Suriya-Türkiyə sərhədində baş vermiş insidentlə bağlı narahatlıqlarını ifadə edərək Rusiyadan izahat tələb ediblər.