Bakı, 6 oktyabr, AZƏRTAC
Məktəblərdə təhsilin keyfiyyətinin yüksəldilməsi, pedaqoji kadrların işə qəbulu zamanı şəffaflığın təmin edilməsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyi sisteminə daxil olan uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində, mərkəzlərində vakant yerlərə pedaqoji kadrların işə qəbulu müsabiqə yolu ilə aparılacaq.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, bununla əlaqədar olaraq müvafiq komissiya pedaqoji kadrların işə qəbulu üzrə II müsabiqəni elan edir.
Elektron ərizələrin qəbulu oktyabrın 6-dan 12-dək saat 17:00 qədər ixtisas.merkez@mail.ru elektron ünvanında aparılacaqdır. Müsabiqənin ikinci mərhələsinə (müsahibə mərhələsi) oktyabrın 16-da start veriləcəkdir.
Məktəblərdə pedaqoji işçilərin müsabiqə yolu ilə işə qəbulu barədə müvafiq məlumatlar nazirliyin rəsmi internet saytının (www.mct.gov.az) elanlar bölməsində yerləşdirilib.