Xüsusi əməliyyatlar 12 əyalətdə keçirilib.
"Nəticədə 49 yaraqlı zərərsizləşdirilib, 21 nəfər isə yaralanıb və daha 1 yaraqlı əfqan təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib", - nazirliyin məlumatında bildirilib.
Hökumət qüvvələri həmçinin hərbi sursat da ələ keçiriblər.
Əfqanıstanda "Taliban" radikal hərəkatı fəaliyyət göstərir və hökumət qüvvələri daim yaraqlılarnan mübarizə aparmaq üçün xüsusi əməliyyatlar həyata keçirir.