“Report”un məlumatına görə, hakim Mayl Bayramovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
O, İ.Rüstəmovun 12 il müddətinə azadlıqdan məhrum olunmasını istəyib.
Məhkəmədə müdafiə tərəfinin vəkili çıxış etmək üçün vaxt istəyib. Məhkəmə prosesi oktyabrın 14-nə təyin edilib.
Qeyd edək ki, hadisə 2002-ci ildə Rusiya Fedarasiyasının paytaxtı Moskvada baş verib. İxtiyar Rüstəmov münaqişə zəminində qətl törədib və hadisə yerindən qaçıb. O, Azərbaycana gəlib və qəsdən adam öldürmə maddəsi ilə axtarışda olan şəxs kimi tutulub.