Bakı metrosunda güclü su sızıntısı qeydə alınıb.

Milli.Az xəbər verir ki, bu dəqiqələrdə "Elmlər Akademiyası" metrosunun giriş-çıxışının tavanında güclü su sızıntısı var.

Bu barədə saytımıza şahidlər xəbər ediblər. Hadisə yerindən fotolar göndərən sərnişinlər bildirirlər ki, stansiyanın eskalatorlarının yerləşdiyi ərazidə tavandan su axır.

Hadisə yerinə metropolitenin işçiləri cəlb olunublar.

Ceyhun Ələkbərov

Milli.Az

"Elmlər Akademiyası" metrosunda güclü su sızıntısı - FOTO