Bakı. 8 oktyabr. REPORT.AZ/ Qvatemalanın cənub-şərqindəki Santa-Katarina-Pinula şəhərində sürüşmə nəticəsində ölənlərin sayı 202 nəfərə çatıb.
"Report" RİA “Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkə rəsmiləri məlumat yayıb.
Təbii fəlakət nəticəsində torpaq altında qalan 125 evin daha 300 sakinin taleyi məlum deyil.
Yüzlərlə insanın cəlb olunduğu xilasetmə əməliyyatı davam edib.