Sənədə əsasən, AMEA-nın Naxçıvan Bölməsi “Gülüstan türbəsi” tədqiqat qrupunu yaratmalıdır.
Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasına isə bərpadan sonra Gülüstan türbəsinin ziyarətçilərə açıq olması üçün zəruri tədbirlər görmələri tapşırılıb.
Yaradılıb 08.10.2015 09:50 | Nəşr edilib 08.10.2015 09:50 | Çap
Naxçıvan ərazisi qədim abidələr və maddi-mədəniyyət nümunələri ilə zəngindir. Belə abidələrdən biri də dünya əhəmiyyətli Gülüstan türbəsidir.
Culfa rayonunun Gülüstan kəndi yaxınlığında yerləşən türbə on ikinci əsr Azərbaycan xatirə memarlığının ən dəyərli nümunələrindəndir. Gülüstan türbəsi böyük Əcəmi Naxçıvani memarlıq məktəbinin yadigarıdır.
Gülüstan türbəsində bərpa işlərinə başlanılmışdır. Orta əsr Azərbaycan mədəniyyətini müasir dövrümüzədək yaşadan bu möhtəşəm abidədə bərpa işlərinin elmi və tarixi əsaslarla aparılmasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram: