Bakı, 9 oktyabr, AZƏRTAC
Bu ilin birinci və ikinci rübündə 1376 ipoteka krediti rəsmiləşdirən “AGBank” 31 bank arasında birinci yeri tutur.
Bankdan AZƏRTAC-a bildirilib ki, son göstəricilərə əsasən ipoteka xətti ilə kredit rəsmiləşdirən “AGBank” artıq ikinci ildir ki, öndə gedir. Böyük müştəri portfeli ilə seçilən bank bu uğura birdən-birə deyil, mərhələlərlə nail olub.
Belə ki, 2007-ci ildən ipoteka krediti rəsmiləşdirən “AGBank” təqdim etdiyi kreditlər üzrə 2012-ci ildə (664 ədəd) 7-ci, 2013-cü ildə (989 ədəd) 2-ci yerə müvəffəq olmuşdusa, 2014-cü ildə 1245 ədəd ipoteka krediti ilə 1-ci yerə layiq görülüb.
2007-ci ildən cari ilin avqust ayına qədər 1595 nəfər “AGBank”ın ipoteka krediti ilə ev sahibi olub. Onların 500-nü (31,3 faiz) adi, 1095-ni (68,7 faiz) isə güzəştli ipoteka krediti təşkil edir.