Sumqayıt, 9 oktyabr, AZƏRTAC
“Sumqayıt” Futbol Klubunun Müşahidə Şurasının iclasında komandanın baş məşqçisi Aqil Məmmədovun istefa ərizəsi qəbul edilib. Şura üzvləri iclasda Aqil Məmmədova minnətdarlığını bildirərək, ona gələcək karyerasında uğurlar arzulayıblar.
“Sumqayıt” FK-nın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, A komandanın baş məşqçi vəzifəsinə Samir Abbasov təyin olunub və o, komanda üzvlərinə təqdim edilib.