Polşa şirkəti Azərbaycanın biznes qurumundan 366 min manat tələb edir
53 baxış·1 dəq oxu
“Report”un xəbərinə görə, xarici ölkənin şirkəti "Kompas" MMC-dən alqı-satqı əsasında yaranmış 366 191.55 avro debitor borcun ödənilməsini tələb edir. İddiaya 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır. Qeyd edək ki, "Kovis LTD" Polşada dəmir yolları üçün avadanlıq istehsal edən ən böyük şirkətlərdən biri hesab edilir.