Dünya 2014-də onları itirdi (FOTO)

Dünya 2014-də onları itirdi (FOTO)
21:06 28 Dekabr 2014
188 Dünya
Ölkə mətbuatı
A- A+

2014-cü ili yola salmaq üzrəyik. Bu ildə dünyanın qazandıqları da oldu, itirdikləri də.

2014-cü ildə məşhur aktyorlar, qəzet redaktorlarına, nobel mükafatına layiq görülmüş, yüksək vəzifəli şəxslər dünyasını dəyişdi.

ANS PRESS bu il dünyanın qazandıqlarını deyil, itirdiklərini təqdim edir.

1. Amerikalı aktyor Robin Uilyams (Willams) öz mənzilində ölü tapılıb. 63 yaşlı aktyorun intihar etdiyi iddia olunur. Aktyor unudulmaz obrazları, çevik improvizasiyaları və məşhur adamları yamsılamaq istedadı ilə seçilirdi. Hollivud ulduzu "Gold Will Hunting" filmindəki roluna görə Oskar alıb.


2. 86 yaşlı amerikalı yazar və şairə Maya Angeloy vəfat edib. Mərhum qaradərililərin təqibləri mövzusunda ən məşhur əsərlərdən birinin müəllifidir. O, irqçiliklə parçalanmış cənub ştatlarında keçən gəncliyi barədə 1970-ci ildə çap olunan "Mən bilirəm quş niyə qəfəsdə oxuyur" əsərində bəhs edib.


3. Beyin qanamasından sonra 8 ilini komada keçirən İsrailin baş naziri Ariel Şaron 85 yaşında dünyasını dəyişdi. Onilliklər ərzində İsrail hərbiyyəsinin və siyasətinin önündə duran Şaron ölkənin ən ziddiyətli və zəhmli fiqurlarından idi. İsraillilər Şaronu qəhrəman hesab edirlərsə, fələstinlilər sabiq baş nazirə tamam fərqli gözlə baxırlar.


4. 85 yaşında vəfat edən Eduard Şevardnadze 1985-ci ildə SSRİ-nin xarici işlər naziri təyin edilənədək ölkə kənarında demək olar ki, tanınmayıb. O, nüvə müharibəsi təhlükəsini xeyli azaldan tərksilahmaya dair sazişlərin bağlanmasında rol oynayıb. Hərçənd ki, Gürcüstana yenidən rəhbərlik etdiyi dövrdə korrupsiyada ittiham edilərək prezidentlikdən devrilmişdi.


5. Con-Klaudi Divaller 63 yaşında ürək tutmasından öldü. Ona hakimiyyət və ömürlük prezident titulu Haitinin 1957-ci ildən idarə edən atası Francis Divallerdən miras qalmışdı. O, 1986-cı il üsyanından sonra Fransada yaşayıb. Vətənə 2011-ci ildə qayıdıb.


6. 46 yaşında vəfat edən Filipp Seymour Hoffman öz nəslinin ən orijinal və möhtəşəm aktyorlarından biri olub. O, 2005-ci ildə Oskar alıb.


7. Prezident Riçard Niksonun vəzifəsindən getməsinə səbəb olmuş "Washinqton Post" qəzetinin baş redaktoru Ben Bradle 93 yaşında vəfat edib. O, qəzetə 1968-1991-ci illərdə rəhbərlik edib.


8. İspandilli ədəbiyyatın ən böyük yazıçılarından biri olan Qabriel Qarsiya Markes mistik ədəbi cərəyanın ustası sayılır. 87 yaşında vəfat etmiş "Yüz ilin tənhalığı", "Patriarzın payızı" və Polkovnikə heç kim yazmır" əsərləri bir çox dillərə tərcümə olunub.


9. Hollivudun uşaq ulduzu Şirley Temple bu dünyanı 85 yaşında tərk etdi. Qıvrım saçlı sarışın qızcığaz 30-cu illərin ən məşhur filmlərinə çəkilib. 21 yaşında kino sayəsində karyerasını başa vuran Hollivud ulduzu siyasi və diplomatik sahədə çalışıb.


10. Avstraliyanın keçmiş baş naziri Gough Uitlam 98 yaşında vəfat edib. Hesab olunur ki, 1970-ci illərdə 23 il hakimiyyətdə qalmış mühafizəkar partiyasını əvəzlədikdən sonra Uitlamın həyata keçirdiyi qətiyyətli islahatları Avstraliya cəmiyyətini kökündən dəyişib.


11. Populyar seriallarda aparıcı rolları oynayan aktyor Ceyms Qarner 86 yaşında ölüb. 2008-ci ildə kəskin beyin qanaması keçirdikdən sonra səhhətinin pisləşməsindən əziyyət çəkirdi.


12.Gülləkeçirməyən jiletlər və bədəni qoruyan mühafizə geyimlərində istifadə edilən yüngül lifli kevlar materialını icad etmiş Stepani Kuolek 90 yaşında dünyadan köçüb. Xanım Kuolek dəmirdən sərt olan kevları 1965-ci ildə DüPont şirkətində araşdırçalar apararkən kəşf edib.


13. ABŞ film və teatr aktrisası Lauren Bacalli 89 yaşında vəfat edib. O, yaratdığı müstəqil, ağıllı və eyni zamanda hissiyyatlı qadın obrazları ilə yadda qalıb.


14. Bir zamanlar Nensi Reyqan, Ceki Kennedi və Hillari Klinton kimi birinci ledi və məşhur qadınların modelyeri olan dizayner Oskar de la Rent 82 yaşında vəfat edib. Modelyerə 2006-cı ildə xərçəng diaqnozu qoyulmuşdu.


15. Çe Giavara və Pablo Pikassonun klassik portretlərinin müəllifi olan isveçrəli fotoqraf Rene Burri 81 yaşında dünyasını dəyişib. Cənab Burri 13 yaşında ikən İsveçrəyə səfər edən Britaniyanın baş naziri Uiston Çörçilin fotoşəklini çəkib. Bu məşhur kamera ustasının uzun karyerasının başlanğıcı hesab olunur.


16. Yer kürəsi ətrafına təkbaşına təyyarə ilə dövrə vuran ilk qadın pilot Cerri Mok 78 yaşında ölüb.


17. Afrikanın ən tanınmış ziyalılarından Əli Məzrui ömrünün 81-ci ilində vəfat edib. İngiltərənin Oksford universitetində təhsil alan cənab Məzruinin din, siyasət və milli müstəqillik mövzularında yazdıöı elmi əsərləri maraqla öyrənilir.


18. 1966-cı ildə İngiltərədə keçirilən futbol üzrə Dünya birinciliyində ən çox qol vuran Portuqaliyanın əfsanəvi hücumçusu Eusebuo 71 yaşında vəfat edib. 1942-ci ildə Mozanbikdə anadan olmuş Portuqaliya üçün 64 oyunda çıxış edərək 41 qol vurub.


19. Noyabrın sonunda avstraliyalı kriketçi Filipp Hages Sidneydəki oyunda boyun nahiyəsinə dəyən güclü top zərbəsindən iki gün sonra ölüb. 25 yaşlı kriketçinin beynəlxalq səhnədə idman karyerasına 2009-cu ildə Cənubi Afrika komandası əleyhinə oyunla başlayıb.


20. Bir çoxlarının müasir yoqanın atası adlandırdığı B.K.S. İyengar 95 yaşında vəfat edib. Ustad 80 il məşğul olduğu yoqa növünün eyni zamanda sənət və elm olduğunu hesab edirdi. Yoqa ustası ötən il xəstələnənə qədər yarım saat müddət ərzində başının üstündə dik dura bilirdi.


21. Nobel mükafatı laureatı Nadine Gordimer 90 yaşında vəfat edib. Xanım Gordimer Cənubi Afrikadakı aparteit əliyhinə ucaldılan dünyanın ən mötəbər səslərindən biri sayılıb. O, qısa müddətli xəstəlikdən sonra Yohannesburqda öz evində ölüb. Yazıçı 30-dan artıq kitabın müəllifidir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR