Afina, 13 oktyabr, AZƏRTAC
Yunanıstan 10 gün zrzində Lesbos adasında birinci qaçqınların qeydiyyat mərkəzini açacaqdır.
Bu barədə miqrasiya məsələləri üzrə Avropa komissarı Dimitris Avromopoulos və Lüksemburqun xarici işlər naziri Jan Asselborn birgə görüşlərində bəyan ediblər.
Lesbosdan başqa analoji mərkəzlərin Kos, Samos, Xios və Lerosda açılması planlaşdırılır. Məhz bu adalara Türkiyədən Avropanın digər istiqamətlərinə gedən qaçqınlar üz tuturlar. Yunanıstan yaxın həftələrdə Türkiyə ilə Egey dənizində qaçqınların miqrasiyası ilə bağlı fəaliyyət planını təsdiqləyəcək. Son günlərdə burada sahil xidməti minlərlə qaçqını xilas edib.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Afina