Bu barədə "Report"a muzeyin direktoru, bəstəkar Sərdar Fərəcov məlumat verib.
Onun sözlərinə görə, tədbir noyabrın 20-də keçiriləcək: "Dahi Üzeyir bəyin Ev Muzeyi 1975-ci il noyabrın 20-də açılıb. Bu il muzeyimizin yaradılmasından 40 il ötür. Noyabrın 20-də muzeydə yubiley tədbiri keçirəcəyik. Noyabrın 23-ü isə Üzeyir bəyin dünyadan köçdüyü gündür. İki tədbiri birlikdə qeyd etməyi düşünürük".
Qeyd edək ki, hazırda muzey kimi fəaliyyət göstərən evdə dahi bəstəkar 27 il yaşayıb. 1942-ci ildə sovet hökuməti Nizami Gəncəvinin heykəlinin arxasındakı Monolit adlanan binadan Üzeyir bəy Hacıbəyliyə mənzil verib. Üzeyir bəy "Monolit"də ömrünün sonunadək, 1948-ci il noyabrın 23-dək yaşayıb.