Bakı. 13 oktyabr. REPORT.AZ/ Ermənistandakı Rusiya hərbi bazasının komandanlığı ikitərəfli batalyon taktiki təlimlərə başlayıb.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Cənub Hərbi Dairəsinin mətbuat xidmətinin məlumatında bildirib.
Təlimlərdə müasir tipli dördüncü nəsil MiG-29 qırıcıları, döyüş maşınları və tanklar iştirak edir. Döyüş təlimlərinə nəzarət pilotsuz uçan aparatlar vasitəsi ilə həyata keçirilir.
Təlimlərin yüksək dağ əraziləri olan Kamhud və Alagöz poliqonlarında keçirildiyi bildirilir.