Bakı, 14 oktyabr, AZƏRTAC
Bu ilin yanvar-sentyabr ayları ərzində Səhiyyə Nazirliyinin Sertifikasiya Komissiyası tərəfindən sertifikasiya imtahanlarında iştirak etmək üçün 8840 nəfərə buraxılış vərəqəsi verilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, onlardan 7513 nəfər imtahanlardan uğurla keçib. İmtahanlarda birinci cəhddən 246 nəfər keçə bilməyib. Sertifikasiya imtahanlarında iştirak edənlərin 3209 nəfəri 90 baldan çox, 3282 nəfəri 75-90, 1022 nəfəri isə 60-75 bal toplayıb.
İlin sonunadək keçiriləcək test imtahanlarında iştirak etmək üçün daha 3100 nəfərə yaxın namizəd artıq qeydə alınıb.