Bakı, 14 oktyabr, AZƏRTAC
Futbol üzrə Bosniya və Herseqovina yığması “Avro-2016”nın seçmə mərhələsinin sonuncu oyununda səfərdə Kipr komandasına (3:2) hesabı ilə qalib gəlib.
“Qarabağ” futbol klubunun qapıçısı İbrahim Şeyiç start heyətdə yer almadığı üçün oyunu ehtiyat oyunçular arasında izləməli olub.
“Qəbələ” futbol klubunun hücumçusu olan Ermin Zets də ilk onbirlikdə yer almayıb. “B” qrupunda aktivinə 17 xal yazdıran Bosniya və herseqovinalılar pley-off mərhələsində oynamaq şansı əldə ediblər.