Bakı. 14 oktyabr. REPORT.AZ/ Bu ilin sonuna qədər Azəri-Çıraq-Günəşli (AÇQ) yatağı üzrə yeni hasilatın pay bölgüsü sazişi imzalanacaq. "Report" xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse prezidenti Xoşbəxt Yusifzadə jurnalistlərə açıqlamasında deyib.
SOCAR rəsmisinin sözlərinə görə, müqavilə 2024-2040-ci illərdə qüvvədə olacaq.
Xatırladaq ki, AÇQ üzrə bağlanmış pay bölgüsü müqaviləsinin müddəti 2024-cü ildə bitir.