Bakı Su İdman Sarayının direktoru Elçin Həsənov ASİNF-in yeni vitse-prezidenti seçilib.
Sonra iclasın gündəliyinə uyğun olaraq, 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunları və "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq planları, görüləcək işlər, qarşıda duran vacib məsələlər müzakirə olunub. Federasiyanın nəzdnində fəaliyyət göstərən su idman növləri üzrə məşqçilərin hesabatları dinlənilib.
Sonda ASİNF-in 3 illik fəaliyyət planı və görülən işlər barədə hesabat dinlənilib və müzakirə olunub. Ümumilikdə federasiyanın fəaliyyəti qənaətbəxş hesab edilib.