Bakı. 15 oktyabr. REPORT.AZ/ Bakıda "Mahnıdan - Şarkıya" layihəsi çərçivəsində konsert keçiriləcək.
Türkiyənin Azərbaycandakı səfirliyindən "Report"a bildirilib ki, Azərbaycan Bəstəkarlar İttifaqı və Türkiyə elmi və ədəbi əsərləri müəllifləri birliyi (ISELSAM) tərəfindən təşkil edilən konsert Bakıda oktyabrın 16-da Beynəlxalq Muğam Mərkəzində keçiriləcək.
Konsertdə Azərbaycan şairlərinin sözlərinə Türk bəstəkarlarının yazdığı mahnılar səslənəcək.