Ulduzların şəxsi həyatına maraq göstərən oxucularımıza bu dəfə onların həyat yoldaşlarını tanıdacağıq.
Milli.Az gecce.az-a istinadən onları təqdim edir:
Aparıcı Kamilə Babayeva 2012-ci ildə İbrahim Rzabəyovla ailə həyatı qurub. İbrahim bəy neft şirketində işləyir, onların Natella adına bir qızları var.
Xalq artisti Brilliant Dadaşovanın həyat yoldaşı Rus Dram Teatrının direktoru Ədalət Hacıyevdir. 26 ildir evli olan cütlüyün Cahad adında bir oğlu var.
Xalq artisti Zülfiyyə Xanbabayeva "Simurq" futbol klubunun eks prezidenti Zaur Məmmədovla evlidir. Bu evlilikdən Dəniz adında bir qızı var.
Müğənni Elnarə Xəlilova sənət camiəsindən evlənən məşhurlarımızdandır. Rejissor Rövşən Cahangirovla ailə həyatı quran Elnarənin bu evlilikdən Burla Xatun, Tuğər Harun və Öndər adlı 3 övladı var.
Aktyor İlham Qasımov bir il öncə Ayla adlı xanımla nigaha daxil olub. Cütlüyün hələki övladı yoxdu.
Teleaparıcı İlqar Mikayiloğlunun ilk evliliyi uğursuz olub. O, ikinci dəfə hüquqşunas Zülfiyyə Bayramova ilə ailə həyatı qurub. Bir müddət Atv də "Gün üzü" verilişinə aparıcılıq edən cütlük, indi ayrı-ayrı programlarda missiyalarını davam etdirirlər. Cütlüyün hələki övladı yoxdur.
Aparıcı Turan İbrahimov stilist Nərmin İbrahimova ilə ailə həyatı qurub, cütlüyün bu evlilikdən Ömər adlı oğlu var.
Opera ifaçısı Fidan Hacıyeva özündən 11 yaş böyük İngiltərə vətəndaşı Filipp Neylorla ailə qurub. Bu evlilikdən Corcina-Xəyalə-Siena, David-Davud-Con və Çarlz Emil adlı 3 övladları var.
Əməkdar artist Vəfa Zeynalova Samir Rzayevlə evlidir. Cütlüyün bu evlilikdən Lalə və Səbinə adlı ekiz qızları var.
Şoumen Murad Dadaşov Aytən Dadaşova ilə evlidir. Cütlüyün bu evlilikdən Kamal, Əli və Ziya adlı üç oğlu var.
Müğənni İradə İbrahimovada Türkiyə vətəndaşı Ceyhun İzerlə evlidir. Cütlüyün bu evlilikdən İpek adlı bir qızı və Ali adlı ötən ay dünyaya gələn bir oğlu var.
Aktrisa Tünzalə Əliyevanın həyat yoldaşı Röyal Babayev 15 yaş kiçikdir. Aktrisa müsahibələrində ana olmağı arzuladığını bildirib.
Gürcü qızı Manana öz George adlı həmyerlisi ilə ailə həyatı qurub. Manananın bu evlilikdən Elizabet adlı qızı və David adlı oğlu var.
Müğənni Xuraman Şuşalının həyat yoldaşıda sənət camiəsindəndir. İxtisasca rejissor olan Elçin uzun zaman Ans telekanalında çalışıb. Cütlüyün Sura adlı bir qızı, Məhəmməd Mehdi və Hüseyn Abbasi adlı iki oğlu var.
Milli.Az











