Sofiya, 16 oktyabr, AZƏRTAC
Bolqarıstan Daxili İşlər Nazirliyinin məlumatına görə, Türkiyə ilə Bolqarıstanın sərhədini cənub-şərq istiqamətində, Sredets bölgəsinin yaxınlığında qeyri-qanuni keçmək istəyən əfqan əsilli miqrant qətlə yetirilib.
Bolqarıstanın Baş naziri Boyko Borisov hadisə barədə məlumatlandırıldıqdan sonra o, Brüsseldə iştirak etdiyi iclası tələsik tərk edib. Hadisə ilə bağlı istintaq aparılır.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Sofiya