Bakı, 16 oktyabr, AZƏRTAC
Oktyabrın 16-da futbol üzrə Topaz Premyer Liqasının səkkizinci turuna “Rəvan” – “Kəpəz” oyunu ilə start verilib.
AZƏRTAC xəbər verir ki, “Bayıl Arena”da keçirilən oyunun baş hakimi Orxan Məmmədovdur.
Hesabında 8 xal olan “Kəpəz” turnir cədvəlində altıncı, “Rəvan” komandası isə 2 xalla sonuncu – 10-cu pillədə qərarlaşıb.