Onun sözlərinə görə, son zamanlar "İslam dövləti" terror qruplaşması üzvlərinin fəaliyyətinin artması müşahidə olunur. Antonov deyib ki, hazırda Kabil özü tək başına bu təhlükə ilə mübarizə apara biləcəyi barədə sual ortaya çıxır.
"Hazırda ölkədə 50 minə yaxın yaraqlı var. Onlar 4 mindən çox müxtəlif yönümlü qruplarda birləşib. Rusiya həm ikitərəfli formatda, həm də ŞƏT və KTMT çərçivəsində Əfqanıstan hökumətinə milli barışıq əldə etmək və ölkə iqtisadiyyatının bərpasına nail olmaq üçün bütün mümkün köməkliyi davam etdirmək niyyətindədir", - nazir müavini bildirib.