Bakı, 18 oktyabr, AZƏRTAC
Oktyabrın 18-də mərhum rejissor Vaqif İbrahimoğlunun 66, onun yaratdığı Dövlət “Yuğ” Teatrının isə 26 yaşı tamam olur.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə oktyabrın 17-də Dövlət “Yuğ” Teatrında rejissorun sonuncu quruluşlarından olan A.P.Çexovun “Albalı bağı” pyesi əsasında hazırlanmış “Birinci akt” tamaşası nümayiş etdirilib.
Tamaşada əməkdar artistlər Vidadi Həsənov, Fərhad İsrafilov, Məmməd Səfa, Sonaxanım Mikayılova, aktyorlar Yaqut Paşazadə, Oqtay Mehdiyev, Natəvan Qeybani, Qasım Nağı və başqaları iştirak ediblər.
Oktyabrın 18-də teatrın kollektivi V. İbrahimoğlunun məzarını ziyarət edəcək.