Kosta-Rikanın xarici işlər və etiqad naziri Azərbaycana rəsmi səfərə gəlib
Paylaş
26 baxış·1 dəq oxu
Bakı. 19 oktyabr. REPORT.AZ/ Kosta-Rikanın xarici işlər və etiqad naziri Manuel Qonsales Sans Azərbaycana rəsmi səfərə gəlib. Bu barədə "Report"a Azərbaycan XİN-in mətbuat xidmətindən məlumat verilib. Səfər çərçivəsində M.Q.Sansın Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşü nəzərdə tutulub. Səfər oktyabrın 21-dək davam edəcək.