Bakı, 20 oktyabr, AZƏRTAC
Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov oktyabrın 30-da saat 10:00-da Samux şəhərində yerləşən Yeni Azərbaycan Partiyasının inzibati binasında vətəndaşlar üçün qəbul keçirəcək.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, qəbulda Gəncə şəhərinin, Gədəbəy, Samux, Göygöl və Daşkəsən rayonlarının sakinləri iştirak edəcəklər.
Vətəndaşlar qeydiyyatdan keçmək üçün ekologiya.nazirliyi@gmail.com və ecologiya.nazirliyi@eco.gov.az elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 saylı “Qaynar xətt”i, həmçinin Gəncə şəhəri 10 saylı ərazi ekologiya və təbii sərvətlər şöbəsi (telefonlar: 050-366-05-04, 050-391-97-50, 022-25-3-04-48) ilə əlaqə saxlamalıdırlar.