Azərbaycan, Bakı, 20 oktyabr /Trend/

Makedoniyanın Skopye şəhərində şahmat üzrə klublar arasında Avropa Kubokunda ikinci tur başa çatıb. Trend-in məlumatına görə, turnirin son qalibi SOCAR-Azərbaycan Almaniyanın "Verder" klubuna 5:1 hesabıyla qalib gəlib. Yarışa uğurla başlayan digər klubumuz “Odlar Yurdu” da inamlı çıxışını davam etdirib.

İsveçrə “Jeneva”sı ilə qarşılaşan təmsilçimiz “quru hesablı” qələbə sayəsində liderliyə yüksəlib.

SOCAR-Azərbaycan klubunun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ikinci turun nəticələri aşağıdakı kimi olub:

“Verder” (Almaniya) – SOCAR (Azərbaycan) – 1:5

Vlastimil Babula (2554) - Aniş Qiri (2798) – 1:0

Qennadiy Fiş (2460) - Fabiano Karuana (2796) – 0:1

Sven Çarmete (2257) - Teymur Rəcəbov (2738) – 0:1

Yoahim Asendorf (2275) – Şəhriyar Məmmədyarov (2736) – 0:1

Stefan Buhal (2329) - Rauf Mamedov (2657) – 0:1

Fabian Brinkmann (2051) - Eltac Səfərli (2657) – 0:1

“Odlar Yurdu” (Azərbaycan) – “Jeneva” (İsveçrə) – 6:0

Emil Sutovski (2635) - Klovis Vernay (2460) – 1:0

Vasif Durarbəyli (2618) - Nikita Petrov (2450) – 1:0

Ülvi Bacarani (2546) - Aleksandr Vugllemyer (2345) – 1:0

Qədir Hüseynov (2634) - Rihard Qerber (2368) – 1:0

Nicat Məmmədov (2590) - Klod Landerberqye (2353) – 1:0

Zaur Məmmədov (2458) - Stefan Batçinski (2265) – 1:0

Turnir cədvəli: 1. “Odlar Yurdu” (Azərbaycan), “Alkaloid” (Makedoniya), SŞM (Rusiya), SOCAR (Azərbaycan) – 4 xal.

Bu gün "SOCAR-Azərbaycan" və "Odlar Yurdu" Rusiya klublarına qarşı mübarizə aparacaq. Görüş Bakı vaxtıyla saat 18-də start götürəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az