Makedoniyanın Skopye şəhərində Klublar arasında Avropa Kubokunda 2-ci turun oyunları yekunlaşıb.

Avropa Kubokunun son qalibi "SOCAR-Azerbaijan" Almaniyanın “Verder" klubunu 5:1 hesabı ilə üstələyib. Komandamızın heyətində Fabiano Karuano,Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov,Rauf Məmədov və Eltac Səfərli qələbə qazanıb. Aniş Giri isə məğlub olub.

Digər klubumuz "Odlar Yurdu" İsveçrənin Geneva Şahmat Klubu üzərində 6:0 hesablı inamlı qələbə qazanıb:

Emil Sutovskiy – Klovis Vernay 1:0

Vasif Durarbəyli – Nikita Petrov 1:0

Ülvi Bacarani - Aleksandr Vuellemyer 1:0

Qədir Hüseynov – Rixard Gerber 1:0

Nicat Məmmədov - Klod Landenberque 1:0

Zaur Məmmədov - Stefan Batçinski 1:0

Qeyd edək ki, 50 komandanın iştirak etdiyi Avropa Kuboku yarışlarında Azərbaycan iki klubla- "SOCAR-Azerbaijan" və "Odlar Yurdu" klubları ilə təmsil olunur.

Avropa Kuboku oktyabrın 25-də başa çatacaq.