Bakı, 21 oktyabr, AZƏRTAC
İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Şamaxı rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayır. Bu məqsədlə fond tərəfindən Şamaxının Muğanlı kəndində işgüzar forum keçirilib.
Fonddan AZƏRTAC-a bildirilib ki, sahibkarlardan investisiya layihələrinin maliyyələşdirilməsi üçün 50 başlıq südlük istiqamətli ailə fermer təsərrüfatlarının, üzümçülük və arıçılıq təsərrüfatlarının (o cümlədən balın sənaye üsulu ilə emalı müəssisəsinin), pendir, ət kəsimi, şirniyyat məhsulları və corab istehsalı müəssisələrinin yaradılması ilə bağlı təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.
Oktyabrın 21-dən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə fonda müraciət edə bilərlər.