ASAN Könüllülərindən yeni aksiya - “Nəqliyyat Bələdçisi”

ASAN Könüllülərindən yeni aksiya - “Nəqliyyat Bələdçisi”
14:23 21 Oktyabr 2015
33 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 21 oktyabr /Trend/

"Bu Şəhərdə" kollektivi ASAN Könüllülərinin maarifləndirici təşəbbüsü olan “Nəqliyyat Bələdçisi” aksiyasına qoşulub.

Trend-in məlumatına görə, bu gün bir neçə istiqamətdə Coşqun Rəhimov, Rəfael İsgəndərov və Müşviq Abbasov aksiyaya dəstək olaraq vətəndaşları ictimai nəqliyyatdan düzgün istifadəyə çağırıblar.

Qeyd edək ki, “Nəqliyyat Bələdçisi” təşəbbüsü çərçivəsində ASAN Könüllüləri, nəqliyyat daşınmalarının keyfiyyətinin artırılması məqsədi ilə istifadəyə verilən "Baku Bus” avtobuslarında sərnişinlərin avtobuslara növbəli şəkildə daxil olması, kartdan düzgün istifadə etməsi, avtobuslara daxil olarkən və düşərkən müvafiq təlimatlara riayət etməsi qaydaları ilə əlaqədar sərnişinləri marifləndirəcəklər.

“Gəlin, ictimai nəqliyyatdan düzgün istifadə edək” şüarı ilə keçirilən layihədə 500-ə qədər könüllünün iştirakı nəzərdə tutulub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2446606.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR