Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, ötən il iftar qonaqlığında Ajdanın ona salam vermədiyini iddia edən Bülənt müğənni haqqında təhqiramiz sözlər işlətmiş, A.Pekkan isə onu məhkəməyə vermişdi. 9 mərhələdən sonra məhkəmə bu gün Ajdanın lehinə hökm çıxarıb. Məhkəmənin qərarına əsasən, B.Ərsoy günü 50 lirə ( təxminən 18 manat) olmaqla 75 gün ərzində 3 min 750 lirə (təxminən 1354 manat) pul cəzasına məhkum edilib.
İfaçının indiyədək heç bir cinayət əməlinin olmaması və bir daha təhqirlərə yol verməyəcəyi qənaətinə gəlindiyindən cərimənin ödənilməsi 5 il müddətinə təxirə salınıb.