"Porto"nun Çempionlar Liqasında "Maccabi Tel Aviv"i məğlub etməsi (2:0) komandanı G qrupunda liderliyə yüksəldib. Bu matç "Porto"nun 2 oyunçusu - Kasilyas və Ruben Neveş üçün, xüsusilə əlamətdar olub. Milli.Az goal.az-a istinadən xəbər verir ki, Kasilyas ÇL-da qapısını 51-ci dəfə toxunulmaz saxladığı halda, Neveş 18 yaşında "Porto"nu kapitan kimi meydana çıxarıb. Kasilyas bu göstərici ilə əfsanəvi hollandiyalı qapıçı Edvin van der Saarın (50 dəfə) rekordunu yeniləyib. 1997-ci il təvəllüdlü Neveş isə turnirin tarixində ən gənc kapitan olub. Öncəki rekord 2003-cü ildə "Ajax"ı "Milan"la oyuna kapitan kimi çıxaran Van der Vaarta aid idi. Həm vaxt holland futbolçunun 20 yaşı vardı.

Milli.Az