“Merkuri” BOKT MMC-nin istiqrazlarının yeni emissiyası qeydə alınıb

“Merkuri” BOKT MMC-nin istiqrazlarının yeni emissiyası qeydə alınıb
13:18 22 Oktyabr 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 22 oktyabr, AZƏRTAC
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi “Merkuri” BOKT MMC-nin faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının emissiya prospektini qeydə alıb.
"Bakı Fond Birjası" QSC-dən AZƏRTAC-a bildirilib ki, emissiyanın dövlət qeydiyyat nömrəsi AZ2001019754, məbləği 1 500 000 manat, yerləşdiriləcək istiqrazların sayı 3 min ədəd, bir istiqrazın nominal dəyəri 500 manat, istiqraz üzrə faiz dərəcəsi 15 faiz, tədavül müddəti 5 ildir, faiz ödəniş dövrünün müddəti 3 aydan birdir.
“Merkuri” BOKT MMC anderrayter vəzifəsində çıxış edir. Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə “Bakı Fond Birjası” QSC-də həyata keçiriləcək.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Merkuri_BOKT_MMC_nin_istiqrazlarinin_yeni_emissiyasi_qeyde_alinib-894926

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR