Bakı, 22 oktyabr, AZƏRTAC
Oktyabrın 22 -dən Nizami Kino Mərkəzində Türkiyənin “Yaktın beni” və ABŞ-ın “Paranormal hadisələr 5: Ruhlar 3d ” filmlərinin nümayişi başlanılıb.
Mərkəzdən AZƏRTAC-a bildirilir ki, “AF.Media” şirkətinin təqdimatı ilə Azərbaycan dilində subtitrlərlə nümayiş olunacaq “Yaktın beni” filmini rejissor Can Yücel romantik komediya janrında çəkib.
Yanğınsöndürən işləyən Selam ailəsini itirdikdən sonra yeni düzən qurub həyata geri dönməyi bacarır. Selamın ən böyük xəyalı, illərdir birlikdə olduğu İpək ilə ailə həyatı qurmaqdır. Selam istəyinə yaxınlaşdığı ərəfədə illərlə görmədiyi dayısı Macit ortaya çıxır...
Baş rollarda Uğur Yücel, Sarp Apak, Sinem Kobal, Meltem Cumbul, Hasibe Eren ve Sezai Aydın çəkiliblər.
Həmçinin rejissor Qreqori Plotkinin çəkdiyi “Paranormal hadisələr 5: Ruhlar 3d” filminin nümayişinə başlanılıb.
Gənc cütlük Rayan və Emili balaca qızları Leyla ilə çox qəşəng və sakit evə köçürlər. Onlar evin qarajından videokamera və bir qutu kaset tapırlar...
Baş rollarda Kris C. Mürrey, Brittani Şou, Ayvi Corc, Den Qil, Oliviya Teylor, Dadli, Xloya Ksenceri, Cesika Braun, Don MakManus, Maykl Kraviç, Halli Fut çəkiliblər.
Filmlər haqqında daha ətraflı məlumatı Nizami Kino Mərkəzinin facebook səhifəsindən öyrənə bilərsiniz. (https://www.facebook.com/NizamiCinema?rf=hl