Seminarda Akademiyanın kosmik texnika və texnologiyalar, eləcə də digər əlaqədar ixtisaslar üzrə təhsil alan tələbələrinə və müəllim-professor heyətinə “Azərkosmos” ASC, “Azerspace-1” peyki və onun texniki xüsusiyyətləri haqqında ətraflı məlumat verilib.
“Azərkosmos”un texniki əməkdaşları tərəfindən təşkil olunan silsilə seminarlar davamlı olaraq keçiriləcək və əsasən, peyk idarəetməsinin müxtəlif istiqamətlərini əhatə edəcək.