FAİREX Beynəlxalq Dağçılıq Federasiyasının tam hüquqlu üzvü seçilib

FAİREX Beynəlxalq Dağçılıq Federasiyasının tam hüquqlu üzvü seçilib
15:53 24 Oktyabr 2015
58 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 24 oktyabr, AZƏRTAC
Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası (FAİREX) Beynəlxalq Dağçılıq Federasiyasına (UİAA) tamhüquqlu üzv seçilib.
FAİREX-dən AZƏRTAC-a bildiriblər ki, UİAA-nın Koreya Respublikasının paytaxtı Seulda keçirilən Baş Assambleyasında 30 ölkədən 100-dək nümayəndə iştirak edib. Assambleyada FAİREX-in ölkəmizi təmsil edən tam hüquqlu üzv kimi tanınması məsələsi müzakirə olunub. Bu qurumda səsvermə hüququna malik ölkələrin yekdil səsi ilə FAİREX UİAA-da Azərbaycanı təmsil edən tam hüquqlu əsas üzv seçilib.
UİAA-nın prezidenti Frits Virjland Assambleyadakı çıxışında Azərbaycanda dağçılıq idman növlərinin inkişafında və kütləviliyinin artırılmasında FAİREX-in xüsusi rolu olduğunu vurğulayıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/FAIREX_Beynelxalq_Dagchiliq_Federasiyasinin_tam_huquqlu_uzvu_sechilib-895594

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR