Bakı, 2 fevral, AzərTAc
Futbol üzrə Topaz Premyer Liqasının 19-cu turuna yekun vurulub.
AzərTAc xəbər verir ki, XIX turda “İnter” - “Sumqayıt” (0:0), AZAL - “Neftçi” (2:1), “Simurq” - “Xəzər-Lənkəran” (2:0) və “Bakı” – “Qəbələ” (0:2) oyunları keçirilib.
Hesabında 34 xal olan “Qarabağ” komandası turnir cədvəlinə liderlik edir. “İnter” 30 xalla ikinci, aktivində 26 xal olan “Neftçi” isə üçüncü pillədə qərarlaşıb.