Bakı, 24 oktyabr, Elvin Camalov, AZƏRTAC
Yunanıstanın Hydra adasında yağan şiddətli yağış sel fəlakətinə yol açıb.
AZƏRTAC “tr.euronews.com” saytına istinadla xəbər verir ki, sel nəticəsində insan tələfatı olmasa da adanın qədim tarixi məkanlarına ciddi ziyan vurub.
Hydra bələdiyyə sədri hökumətdən Saronik Körfəzində yerləşən bu adada fövqəladə vəziyyətin elan edilməsini istəyib.