Yazıçı-publisist Yunus Oğuz Tatarıstana səfəri çərçivəsində "Avropa-Asiya" - Dünya Kültürü Uluslararası Humanitar Akademiyasının fəxri akademiki adına layiq görülüb. Olaylar-ın xəbərinə görə, Yunus Oğuza fəxri akademik diplomu və "çiyinliy"ini akademiyanın rektoru Engel Rızakulı təqdim edib.
Qeyd edək ki, yazıçı-publisist Yunus Oğuz Tatarıstana bu ölkənin Yazıçılar Birliyinin (TaYB) dəvəti ilə səfər edib.
Səfər zamanı Tatarıstan Yazıçılar Birliyində Yunus Oğuzun ruscaya çevrilmiş bədii və elmi kitablarının təqdimat-müzakirəsi keçirilib.
Milli.Az