Bakı, 23 oktyabr, AZƏRTAC
Ağdamın “Qarabağ” futbol klubunun qapıçısı İbrahim Şehiç Bosniya və Herseqovina millisinə çağırılıb.
AZƏRTAC xəbər verir ki, Bosniya və Herseqovina millisi 2016-cı ildə Fransada keçiriləcək Avropa çempionatının final mərhələsinə vəsiqə uğrunda pley-off-da İrlandiya yığması ilə qarşılaşacaq.
Pley-off mərhələsinin ilk oyunu noyabrın 13-də Bosniya və Herseqovinada, cavab qarşılaşması isə üç gün sonra İrlandiyada keçiriləcək.