Ötən gün növbəti treninq öz işinə başlayıb. Treninqdə Sumqayıt şəhər, Abşeron, Ağsu, Cəlilabad, Masallı, Göyçay, Kəlbəcər, Şuşa, Zəngilan rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin mütəxəssisləri iştirak edərək, ALİSA proqramında işləməklə yanaşı, MARC 21 formatını öyrənərək, yerlərdə tətbiq edəcəklər.
Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açılış mərasimində treninqin milli kitabxananın və “Ultra” şirkətinin mütəxəssisləri tərəfindən aparıldığını bildirmiş, treninqin işinə uğurlar arzulamış, sonda treninqi müvəffəqiyyətlə başa vuran müdavimlərə sertifikatların təqdim ediləcəyi bildirilib.
Aynur Vəliyeva