ANS PRESS-in məlumatına görə, Böyük Britaniya şahzadəsi Uilyamla həyat yoldaşı, Kembric hersoginyası Keyt Midlton və qardaşı Harri, Ceyms Bond seriasının “007 Spektr” filminin premyerasına qatılıblar.
Gecəyə kral ailəsi ilə yanaşı, baş rol ifaçıları Deniel Kreyq, Monika Belluççi, Lea Seydu qatılıblar. Qırmızı xalçadan keçən qəhrəmanlar media nümayəndələri ilə yanaşı, qonaqların da diqqət mərkəzində olublar. “007:Spektr” filminin çəkilişləri bir neçə ölkədə - İngiltərə, İtaliya, Avstriya, Meksika və Mərakeşdə aparılıb.

Böyük Britaniya şahzadəsi Uilyamla həyat yoldaşı, Kembric hersoginyası Keyt Midlton və qardaşı Harri

Naomi Harris-filmdə çəkilən aktrisa

Monika Beluççi-aktrisa
"007 Spektr” filminin anonsu
Ceyms Bond, həmçinin "Agent 007" Yan Fleminqin kitabları əsasında çəkilib. Çoxsaylı filmlərdə uydurma ingilis casusu və qəhrəmanıdır. Fleminq bu personajı1952-ci ildə yaradıb və ona aid çoxlu əsərlər yazıb. Bu personajın ekranlaşdırılmasına əsasən onun ölümündən sonra, 1964-cü ildən etibarən başlayıb. Daha sonralar Ceyms Bond macəralarını Kinqsli Amis, Con Piarson, Con Qardner, Reymond Benson və Çarli Hiqson yazıb
Əvvəllər bu personaj kitablara əsasən tanınırdısa, hal-hazırda onu əsasən filmlərdən tanıyırlar.
Ceyms Bond rolunda rəsmi filmlərdə indiyədək 6 aktyor oynayıb.
Şon Konneri (1962-1967; 1971)
Corc Leyzenbi (1969)
Rocer Mur (1973-1985)
Timoti Dalton (1987-1989)
Pirs Brosnan (1995-2002)
Deniel Kreyq (2006-2015)