Bakı, 27 oktyabr, AZƏRTAC
Rusiyanın "Rossiya24" telekanalı Azərbaycan və Rusiya ticari əlaqələri ilə bağlı geniş süjet yayımlayıb.
AZƏRTAC xəbər verir ki, süjetdə qeyd olunur ki, iki ölkə arasında ticari əlaqələr ən yüksək səviyyəyə çatıb. Bildirilib ki, Azərbaycandan Rusiyaya digər məhsullarla yanaşı meyvə-tərəvəz və bir neçə növ çay ixrac olunur, ölkələrimiz arasında birgə istehsalat populyarlaşmağa başlayıb.
Jurnalist Aleksandr Çernyatsov süjetdə qeyd edir ki, Rusiya bazarlarında hər bir alıcı ilin bütün günlərində məhz Azərbaycandan gələn pomidorları axtarır. Çünki o, digərlərindən daha dadlıdır.
Süjetdə iqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova telekanala müsahibəsində qeyd edir ki, bizim istehsalçı yüksək keyfiyyətli və Rusiya alıcısının ehtiyaclarına cavab verən məhsul təklif edir.