Bakı, 27 oktyabr, AZƏRTAC
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə oktyabrın 28-də Rusiya Federasiyasına səfər edəcək.
QMİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, səfərin məqsədi oktyabrın 29-da keçiriləcək “Din və sülh” mövzusunda III Moskva Beynəlxalq Forumunda iştirak etməkdir.
Forum Moskva Şəhər Hökumətinin təşkilatçılığı, Rusiya Prezidenti Yanında Dini Təşkilatlarla İş üzrə Şuranın beynəlxalq əməkdaşlıq komissiyasının, habelə Rusiya Dinlərarası Şurasının dəstəyi ilə keçiriləcək.
Şeyxülislam A. Paşazadə Forumun plenar iclasında məruzə ilə çixiş edəcək. QMİ sədri səfər çərçivəsində Moskva və bütün Rusiya patriarxı Kirillə görüşəcək. Onun digər görüşlər keçirməsi də nəzərdə tutulub.